Читать онлайн книгу "Devid Koperfild"

Devid Koperfild
Г‡arlz Dikkens


Dünya ədəbiyyatından seçmələr
Bu mЙ™Еџhur romanД±n qЙ™hrЙ™manД± Devid Kopperfild hЙ™lЙ™ uЕџaq ikЙ™n bir sД±ra haqsД±zlД±qlarla ГјzlЙ™Еџir, Г¶zГјndЙ™ xЙ™bislik, xudbinlik, paxД±llД±q kimi xГјsusiyyЙ™tlЙ™ri birlЙ™ЕџdirЙ™n insanlarД±n Й™hatЙ™sinЙ™ dГјЕџГјr.





Г‡arlz Dikkens

Devid Koperfild





I fЙ™sil

MЙ™n dГјnyaya gЙ™lirЙ™m


Mən cümə günü gecə saat 12-də doğulmuşam. Saatın ilk zəngi mənim ilk qışqırtımla üst-üstə düşüb. Qonşu arvadlar deyirmişlər ki, bu uşağın başına həyatda çox işlər gələcək, qara günlər görəcək. Onun alnına ruhları və kabusları görmək yazılıb. Cümə günü gecə saat 12-də doğulan uşaqların nəsibi belə imiş. Mənim başıma gələnlər bunun doğru çıxıb-çıxmadığını göstərəcək.

Mən atamın ölümündən altı ay sonra Blanderstonda doğulmuşam. Atamın bibisi miss Trotvud, yaxud miss Betsi bir vaxt əri ilə hər gün dalaşırmış. Nəhayət, o, var-dövlətindən bir hissəni ərinə güzəştə gedir və ondan dincliklə canını qurtarır. Ayrılandan sonra o adam çıxıb Hindistana gedir. Bir müddət sonra onun İngiltərəyə ölüm xəbəri gəlir.

Ərindən ayrılandan sonra miss Betsi bizim yerlərdən uzaqda, dəniz sahilində balaca bir ev alıb oraya köçür.

Mən doğulan axşam anam buxarı önündə oturub gələcək körpəsinin taleyini düşünürmüş. Başını qaldırıb pəncərədən baxanda bağın içi ilə gələn bir ledini görür və hiss edir ki, bu gələn miss Betsi olacaq. Atam anama danışarmış ki, miss Betsi çox zabitəli və qətiyyətli qadındır.

Qapının zəngini vurmaq yerinə, miss Betsi burnunu pəncərə şüşəsinə yapışdırır və evin içərisinə boylanır. Bəlkə də, mən başqa gün doğulacaqdım, lakin miss Betsi burnunu pəncərə şüşəsinə yapışdırıb necə baxırsa anam bərk qorxur. Bu səbəbdən mən cümə günü dünyaya gəlmişəm.

O, qaşqabaqlı halda pəncərədən anama əli ilə işarə edir ki, gəlib qapını açsın. Anam dinməzcə gəlib qapını açır.

– Yanılmıramsa, missis Kopperfildsiniz? – deyə amiranə tərzdə soruşur.

– Bəli,– deyə anam zəif səslə cavab verir.

– Yəqin, eşitmiş olarsınız, mən miss Trotvudam.

Miss Trotvud keçib əyləşəndə anam başlayır dinməzcə ağlamağa. Miss Trotvud onu sakitləşdirməyə çalışır:

– Ah, sakit, sakit! Lazım deyil!

FЙ™qЙ™t anam yalnД±z doyunca aДџladД±qdan sonra sakitlЙ™Еџir.

– Yaylığını başından aç, mənim balam. Qoy sənə baxım.

Anam dinməzcə yaylığını başından açır. Saçları çiyninə tökülür.

– Aman Tanrım! Sən ki hələ uşaqsan! – deyə miss Betsi səslənir. Əlləri ilə mehribanlıqla anamın saçlarına toxunur.

Sonra əyləşir və anamı söhbətə tutur:

– Hə, de görüm uşağın gəlişini nə vaxta gözləyirsən?..

– Məni əsmə tutub. Bilmirəm mənə nə oldu, yəqin, öləcəyəm! – deyə anam bu vaxt narahatlıqla dillənir.

– Qorxma, otur çay iç. Hə, bəs qızın adını nə qoyacaqsan?

– Bilmirəm, qızmı doğulacaq? – deyə anam cavab verir.

Bu vaxt qulluqçumuz gəlir. Anam onu təqdim edir:

– Bu, Peqottidir.

Miss Betsi bu ada bЙ™rk tЙ™Й™ccГјblЙ™nir. Anam izah edir:

– Bu onun soyadıdır. Devid onu belə çağırırdı. Çünki ikimizin də adımız Klaradır.

– Bura gəl, Peqotti! Onun halı yaxşı deyil. Ona çay gətir! – miss Betsi hökmlə dillənir. Sonra söhbətin üstünə dönür: – Şübhə etmirəm ki, qızın olacaq. Bunu hiss etmişəm.

– Bəlkə, oğlan oldu? – anam cəsarətlənərək deyir.

– Sözümü kəsmə, qız doğulmalıdır! Özüm onun xaç anası olacağam. Onun adı Betsi Trotvud-Kopperfild olacaq. Həyatda heç vaxt səhv etməyəcək. Yaxşı tərbiyə görəcək. Bütün bu qayğılar mənlikdir!

Anam dinmir. Sonra miss Betsi soruЕџur:

– Devid səninlə yaxşımı yola gedirdi?

– Biz çox bəxtəvər idik. Mənə qarşı mehriban idi. İndi bu amansız dünyada tək-tənha qalmışam.

Dərdlərini xatırlayan anam yenidən ağlamağa başlayır. Onun halı getdikcə daha da pisləşəndə qulluqçumuz Peqotti doktor çağırır.

…O axşam doktor Çillip və miss Betsi aşağıda qonaq otağında əyləşmişdilər. Ordan-burdan söhbət edirdilər. Doktor arabir yuxarı otağa qalxır, anama baş çəkir, düşüncəli halda pillələri enirdi.

GecЙ™nin bir vaxtД± yuxarД±dan Г§aДџa sЙ™si gЙ™lir. Doktor bu dЙ™fЙ™ pillЙ™lЙ™ri enЙ™ndЙ™ ГјzГј gГјlГјrdГј.

– Hə, xanım! Mən sizi təbrik edə bilərəm!

NЙ™nЙ™m soruЕџur:

– Nə ilə?

– Oğlandır, xanım! – deyə mister Çillip vurğulayır.

Nənəm dinməzcə şlyapasını götürüb lentindən yapışaraq doktorun təpəsinə çırpır. Sonra əzik şlyapasını düzəltmədən başına qoyur, evdən çıxıb o gedən gedir və bir daha həyatımızda görünmür…




II fЙ™sil

MЙ™n dГјnyaya baxД±ram


Dumana bürünmüş uşaqlıq illərimə qayıdanda gözəl saçları olan, gənc bir qıza bənzər anamı və qulluqçumuz Peqottini, onun qara gözlərini, qırmızı yanaqlarını görürəm. Daha nələri xatırlaya bilirəm?..

Dumandan siyrilib çıxan evimizi görürəm. Mətbəx aşağı mərtəbədə yerləşir və qapısı arxa həyətə açılır. Burada göyərçini olmayan göyərçin damı var. Küncdə it damı var, lakin iti yoxdur. Həyətdə çoxlu iri toyuqlar gəzişir. Aralarında bir xoruz var. Arabir banlayır. Mənə ciddi diqqət yetirir. Pəncərədən baxıb onu hirsləndirməyə çalışıram.

Axşamlar anam, mən və Peqotti qonaq otağında əyləşirik. Üçümüz həmişə bir yerdəyik. Peqotti mənə kitablardan əhvalatlar oxuyur.

Arabir anam, Peqotti və mən qəbiristanlığa atamın məzarının üstünə gedirik. Üstündə yastı daş var. Heç yerdəki ot qəbiristanlıqdakı otlar qədər yaşıl deyil. Pəncərəmizdən baxanda o yaşıllıqda atamın məzarı görünür. Hər səhər yuxudan qalxıb pəncərədən o tərəfə boy- lanıram.

Bağımızda ağacların budaqları meyvələrin ağırlığından yerə əyilib. Anam onları dərib səbətə yığır. Ətrafda əlvan kəpənəklər uçuşur.

QД±Еџ gecЙ™lЙ™rindЙ™ anam mЙ™nЙ™ oxumaq vЙ™ yazmaq Г¶yrЙ™dir. MЙ™n artД±q oxuya bilirЙ™m. PeqottiyЙ™ timsahlar haqqД±nda oxuyuram. Bu onun xoЕџuna gЙ™lir.








Bir dəfə bağ qapısının zəngi çalındı. Peqotti ilə qapıya qaçdıq. Anamın yanında qara bakenbardlı bir centlmen durmuşdu. Anam məni öpmək üçün qucağına götürdü. Anamı evə ötürən bu qara bakenbardlı centlmen heç xoşuma gəlmədi. Onun mənə uzanan əlini itələdiyimi xatırlayıram.

– Qəşəng uşaqdır! – centlmen dilləndi.

Onun səsi alçaqdan gəlirdi. Yenə əlini mənə uzatdı:

– Gəl dost olaq! Ver əlini!

ЖЏlimi uzatmaq istЙ™mЙ™dim. Adam saДџollaЕџД±b getdi.

Peqotti hirsli halda anama deyirdi:

– O sizə yaraşmır. Hə! Heç yaraşmır! And içə bilərəm.

Qanıqara halda yatmağa getdik. Anamın hönkürtüsü məni yatmağa qoymurdu. Çarpayıda mənə sarı əyilib ağlayırdı. Anamı qucaqladım və onun ağuşunda yuxuya getdim.

Bir payız günü bağçamızda gəzişəndə yenə də həmin mister Merdston gəldi. O, atlı idi. Dostları ilə yaxtada görüşə gedirdi. Anama məni də özü ilə aparmaq istədiyini dedi. Hava təmiz və xoş idi. At xoşuma gəldiyindən bu gəzintiyə getmək istədim. Anam tərəddüd etsə də, sonra razılıq verdi.

Yola düşdük. At yorğa yerişlə gedirdi. Yəhərdə onun qucağında oturmuşdum. Mister Merdston nəsə fikirli görünürdü.

DЙ™niz sahilindЙ™ki mehmanxanaya gЙ™ldik. Burada iki centlmen Й™ylЙ™Еџib siqar tГјstГјlЙ™dirdi. Biri soruЕџdu:

– Bu uşaq kimdir?

– Devi, – Merdston cavab verdi.

– Hansı Devi?

– Kopperfild.

– Necə? Füsunkar missis Kopperfildin ağır yükü? O yaraşıqlı dul qadının?

– Kuinyon, lütfən, sözlərinə fikir ver.

Kuinyon şərab və peçenye sifariş verdi. Şərabdan mənə də azca süzdülər və məcbur etdilər ki, ayağa qalxıb tost deyim. Kefləri yamanca kökəlmişdi.

BГјtГјn gГјnГј qayalД± sahildЙ™ dolaЕџdД±q, durbinlЙ™ baxdД±q. CentlmenlЙ™r elЙ™ hey siqar Г§Й™kirdilЙ™r. ГњstlЙ™rindЙ™n tЙ™nbЙ™ki qoxusu gЙ™lirdi. Sonra onlar yaxtaya endilЙ™r; oturub hansД±sa kaДџД±zlara baxД±rdД±lar.

Evə gələndə anam məni yanında oturdub gəzinti vaxtı olub-keçənləri danışmağımı istədi. Hər şey yadımda idi. Anam məni diqqətlə dinlədi və yerindən qalxıb həyəcanla dedi:

– Nə qanacaqsız adamlardır! Elə deyilmi, Peqotti?

Aradan iki ay keçdi. Bir dəfə axşam Peqotti mənə çox cəlbedici təklif etdi. Soruşdu ki, bir-iki həftəliyə birlikdə Yarmuta – onun qardaşıgilə getmək istəmirəm ki? Orada dəniz, qayıqlar, gəmilər, balıqçılar var. Bir də Hem – onunla dəniz kənarında oynarsan, – dedi… Mən onunla getmək istədiyimi dedim.

Mən yaxşı xatırlayıram ki, araba bağın qapısında dayananda anam məni öpdü və ağladı. Məni də ağlamaq tutmuşdu. Araba yerindən tərpənəndə anam qaçaraq arabaçıya dayanmağı əmr etdi ki, məni bir də öpsün.

Onu yolun ortasında qoyub yola düzələndə gördüm ki, mister Merdston haradansa peyda oldu və ağladığına görə anamı danlamağa başladı. Anlaya bilmədim ki, onun nə işinə qalıb?..




III fЙ™sil

HЙ™yatД±mda dЙ™yiЕџiklik


ArabamД±za qoЕџulmuЕџ bu at, deyЙ™sЙ™n, dГјnyada Й™n tЙ™nbЙ™l at idi. AyaДџД±nД± gГјclЙ™ atД±rdД±. Sanki bizi darД±xdД±rmaqdan lЙ™zzЙ™t alД±rdД±.

Peqotti ilə yolboyu zənbildən nələrsə götürüb yeyirdik, yaxşıca yatıb yuxumuzu almağa da imkan tapdıq. Peqotti yuxuda da zənbili əli ilə qoruyurdu.

Yarmut görünəndə bərk sevindik. Küçələrdən keçəndə hər yerdən balıq qoxusu gəlir, dənizçilər görünür, arabalar daş döşənmiş küçələrdən gurultu ilə ötüb-keçirdi. Birdən Peqotti kimisə görüb səsləndi:

– Bu da Hem! Elə böyüyüb ki, əvvəl tanımadım.

Enlikürək, güclü bir gənc idi. Gözünün üstünə tökülən sarışın saçları ona utancaq görkəm verirdi. Biz arabadan düşdükdən sonra məni kürəyinə aldı, qoltuğun- da isə bizim sandıqçanın birini tutmuşdu. Biz tərsanənin, emalatxanaların yanından keçib açıqlığa çıxdıq.

– Bu da bizim evimiz, mister Devi! – Hem xəbər verdi.

Mən ətrafa boylansam da, heç bir ev-filan görə bilmədim. Təkcə bir az irəlidə sahilə çıxarılmış bir köhnə gəmi gözə dəyirdi. Onun dəmir borusundan tüstü çıxırdı.

Bu köhnə gəmi onların evi imiş. İçərisi təmiz və səliqəli idi. Ağ önlüklü bir qadın bizi nəzakətlə salamladı. Evdə balaca qəşəng bir qız da vardı. Onu “körpə Emmi” deyə çağırırdılar. Biz iştahla nahar edirdik. Bu vaxt qalınsaç və xoşsifət bir kişi içəri girdi. Bu, evin sahibi – mənim dayəmin qardaşı mister Peqotti idi. O bizimlə mehribancasına görüşdü və mənim kefimi xəbər aldı.

Bütün həyatı boyu mister Peqottinin güzəranı dənizlə bağlı olmuşdu. Hem onun qardaşı oğlu idi. Hemin atası Co dənizdə batmışdı. Körpə Emmi də mister Peqottinin qızı deyildi. Emmi onun bacısı qızı idi, onun atası Tom da dənizdə batmışdı. Missis Qammic – ağ önlüklü qadın isə onun şərikinin arvadı idi. O, mister Qammiclə birlikdə bu gəmi ilə balıq ovuna gedirmiş. O adam yoxsulluq içində ölüb. Mister Peqotti onun dul qalmış arvadını himayəsinə alıb. Mister Peqotti evlənməmiş, başsız qalan bu insanlara dayaq olmuşdu.

Külək qalxanda qapı-pəncərəni bərk-bərk bağlayırdılar ki, evə soyuq dolmasın. Səhər açılan kimi Emmi ilə sahilə rəngbərəng daşlar yığmağa qaçırdıq. Emmi bir dəfə dənizə baxa-baxa dedi:

– Mən dənizdən qorxuram!

– Qorxursan? – mən cəsurcasına dilləndim və çalxalanan dənizə baxaraq: – Mən isə qorxmuram! – dedim.

– Ola bilməz! O elə amansızdır ki! Bizə qarşı qəddar olub. Onun dalğalarının bizim evdən böyük olan bir gəmini necə parçaladığını görmüşəm…

Emmi anasД±nД± erkЙ™n itirmiЕџdi. AtasД±nД±n da qЙ™bri yox idi, yalnД±z onu bilirdi ki, haradasa dЙ™nizin dibindЙ™ uyuyur.

Körpə Emmi öz Den əmisini – mister Deniel Peqottini çox sevirdi:

– Mən ledi olsam, ona almaz düyməli açıq-mavi rəngli sürtuk, qalın parçadan sarı şalvar, qırmızı məxmər jilet, iri qızıl saat, gümüş qəlyan alar, bir yeşik pul verərəm.

Dedim ki, mister Peqotti, heç şübhəsiz, bunlara layiqdir. Soruşdum:

– Sən ledi olmaq istəyirsən?

– Çox istərdim. Onda bizim hamımız ledilər və centlmenlər olardıq. Biz onda fırtına qopanda qorxmazdıq. Yoxsul balıqçılara pul verərdik. Külək qalxanda mən yerimdə titrəyir, Den əmi və Hemi düşünürəm. Mənə elə gəlir ki, onlar dənizdən bizi köməyə çağırırlar.

Orada olduğumuz günlərdə Hem boş vaxtlarında məni və Emmini gəzməyə aparırdı. Yelkənli və avarlı qayıqları, sahildə dayanmış gəmiləri bizə göstərirdi.

İki həftə beləcə, hiss olunmadan gəlib-keçdi. Bircə dəfə də evimiz üçün darıxmadım. Lakin getdiyimiz yolu araba ilə geri qayıdanda ürəyim evimizi daha çox istəyir, tezcə çatmağı arzu edirdim.

Evə gələndə qapını tanımadığım qulluqçu qadın açdı. Peqotti gəlib əlimdən tutub məni çəkə-çəkə mətbəxə apardı, qapını arxamızca örtdü.

– Peqotti, nə olub?

– Heç nə baş verməyib, – o özünü şən göstərək dedi. – Bilmirəm, bu sənin xoşuna gələcəkmi? İndi sənin atan var.

Mən diksindim və rəngim ağardı. Gözümün önünə kabus gəldi. Məgər qəbiristanlıqda yatan atam dirildi?

– Yeni atan, – Peqotti dedi.

– Yeni?

– Get onunla salamlaş.

– Onu görmək istəmirəm!

– Ananla da salamlaş…

Peqotti təkid edirdi. Sonra mən inadı buraxıb onunla qonaq otağına getdim. Buxarının bir tərəfində anam, digərində mister Merdston oturmuşdu. Anam məni görəndə toxuduğu tikişi əlindən saldı və tərəddüd içində ayağa qalxdı. Anam həyəcanlı idi və susub qalmışdı.

– Klara, əzizim, yadda saxla! Hər zaman özünü möhkəm tut, – deyə mister Merdston səsləndi. – Salam, Devi, necəsən?

MЙ™n Й™limi ona uzatdД±m. Bir anlД±q tЙ™rЙ™ddГјddЙ™n sonra anama yaxД±nlaЕџdД±m vЙ™ onu Г¶pdГјm. O da mЙ™ni Г¶pdГј. NЙ™vaziЕџlЙ™ Г§iynimi sД±ДџalladД±. Sonra Й™ylЙ™Еџib Й™l tikiЕџinЙ™ davam etdi. MЙ™n nЙ™ ona, nЙ™ dЙ™ mister Merdstona baxa bilirdim. Hiss edirdim ki, getmЙ™liyЙ™m.

Yuxarı çıxanda gördüm ki, əvvəlki otağım yoxdur. Mənə dəhlizin o başında otaq ayrılmışdı. Mən aşağı endim. Evdə yeri dəyişməyən heç nə qalmamışdı. Arxa həyətə keçdim. Əvvəl boş olan it damında qara rəngli yekə bir it vardı. Məni görən kimi bərkdən hürdü və üstümə sarı cumdu.




IV fЙ™sil

Mən gözdən düşürəm


BirnЙ™fЙ™sЙ™ pillЙ™kЙ™nlЙ™ yuxarД± dД±rmaЕџanda it hЙ™lЙ™ dЙ™ hЙ™yЙ™tdЙ™n arxamca hГјrГјrdГј. Yeni otaДџД±mda qollarД±mД± Г§arpazlayД±b Г§arpayД±mda oturdum. AdyalД± baЕџД±ma Г§Й™kib aДџladД±m vЙ™ yuxuya getdim.

MЙ™ni anamД±n vЙ™ Peqottinin sЙ™si oyatdД±:

– Devi, nə olub? – anamın səsi idi.

Mən üzüüstə çevrildim ki, ağladığımı görməsinlər.

– Devi! Devi, mənim balam! – anamın bu nidası məni daha da kövrəltdi. Məni yataqdan qaldırmaq istəyən anamın əlini itələdim. Bu vaxt mənə başqa bir əl toxundu. Bu, mister Merdstonun əli idi. O dedi:

– Bu nədir? Klara, sən unutdunmu?.. Sərt olmaq lazımdır, əzizim!..

– Bağışla, Eduard. Mənə çox ağırdır…

– Gedin aşağı, biz Devidlə birlikdə enərik.

Onlar gedЙ™ndЙ™ mister Merdston qapД±nД± Г¶rtdГј, stulda oturdu vЙ™ dedi:

– Devid, mən inadkar at və ya itlə üzləşəndə, səncə, nə edirəm?

– Bilmirəm.

– Mən onu döyürəm. Qarşımda tir-tir əsir.

Hiss etdim ki, nəfəsim tutulur. Dinib bir söz deyə bilmədim.

– Sən öz yaşına görə çox dərrakəlisən. Görürəm ki, məni çox yaxşı anladın.

Biz aЕџaДџД± dГјЕџЙ™ndЙ™ mister Merdston dedi:

– Klara, əzizim. İndi ümidvaram ki, hər şey qaydasında olacaq.

Üçlükdə nahar edirdik. Anamla söhbətlərindən belə anlayıram ki, atalığımın böyük bacısı bizə köçür.

…Nahardan sonra miss Merdston gəlib çıxdı. Çox qaşqabaqlı bir ledi idi. Özüylə iri, mis dəstəkli iki sandıq gətirmişdi. Faytonçunun pulunu verəndə metal qapaqlı pulqabını çıxardı. Pulqabının ağzı həbsxana qapısı kimi şıqqıltı ilə açıldı və örtüldü. Mənə baxıb soruşdu:

– Sənin oğlundur, gəlin?

Anam baЕџД±nД± tЙ™rpЙ™tdi:

– Ümumiyyətlə, mən oğlan uşaqlarını sevmirəm, – deyə miss Merdston bildirdi.

Mənə aydın oldu ki, həmişəlik gəlib. Səhəri gün miss Merdston evdə öz bildiyi kimi qayda yaratmağa başladı. Sanki buranın əsl sahibəsi anam deyil, o idi. Evdə hamı yatanda o ayaq üstə olurdu. Peqotti deyirdi ki, yəqin, miss Merdston yatanda da bir gözünü açıq qoyur.

O biri gГјn sЙ™hЙ™r anama dedi:

– Bilirsiniz, əziz Klara, mən gəlmişəm səni qayğılardan azad edim. Açarları mənə versəniz, evdə hər şeylə özüm məşğul olaram.

…O gündən açarları özünün həbsxana-çantasında saxlamağa başladı. Anam evdə hakimiyyətini itirməsi ilə elə də tez barışmadı. Bir dəfə miss Merdston ev təsərrüfatı barədə qardaşı ilə məsləhətləşəndə anam birdən ağladı:

– Çox ağırdır ki, mənim evimdə…

– Mənim evimdə? – Merdston onun sözünü kəsdi. – Klara!

– Mən demək istəyirdim: bizim evdə… mən ev təsərrüfatı barədə bir söz deyə bilmirəm…

– Eduard, buna son qoyun! – miss Merdston səsini ucaltdı. – Günü sabah çıxıb gedirəm.

– Ceyn Merdston! Sakit olun! Siz ki xasiyyətimi yaxşı bilirsiniz!

Anam dedi:

– Mən heç kəsin getməsini istəmirəm. Mən şüursuz deyiləm. Mən istəyirəm ki, mənimlə arabir məsləhətləşsinlər…

– Eduard, buna son qoyun! – miss Merdston səsini ucaltdı. – Günü sabah çıxıb gedirəm.

– Ceyn Merdston! – mister Merdstonun səsi gurladı. – Susacaqsanmı?

Sonra anama sarı döndü:

– Klara, sən məni heyrətə salırsan. Miss Merdston xeyirxahlıq edib mənə kömək etmək istəyir. Sən isə…

Mister Merdston bacД±sД±nД± haqlД± Г§Д±xardД±. Anamda mГјbahisЙ™ni davam etdirmЙ™yЙ™ hal qalmamД±ЕџdД±.

Mən anamın bu halını görüb əzab çəkirdim. Onlar sərt və kinli adamlar idilər.

MЙ™n ev dЙ™rsi alД±rdД±m. MЙ™ni anam Г¶yrЙ™dirdi. Zehinli uЕџaq idim vЙ™ hЙ™vЙ™slЙ™ oxuyurdum. Д°ndiki dЙ™rslЙ™r isЙ™ aДџД±r idi, uzun Г§Й™kirdi, bЙ™zilЙ™rini anlamД±rdД±m. Bu dЙ™rslЙ™r mЙ™ni qorxuya salД±rdД±.

…Səhər yeməyindən sonra kitablarım da qoltuğumda kiçik qonaq otağına daxil oluram. Kitablarımdan birini anama uzadır və dərsi danışmağa başlayıram. Öz kreslolarında rahat əyləşən Merdstonların burada olmasından özümü itirir, öyrəndiklərimsə harasa uçub gedirdi. Dilim dolaşır. Üzümə qızartı çökür. Anam alçaqdan deyir:

– Devi, Devi!..

– Klara, uşaqla sərt ol! – mister Merdston müdaxilə edir.

– Dərsini bilmir, – miss Merdston zəhmlə dillənir.

Mister Merdston deyir:

– Klara, kitabı ona ver, qoy əzbərləyib öyrənsin.

Qavraya bilmədiyim dərslər get-gedə çoxalır. Onlar çoxaldıqca mən daha da kütləşirəm. Mən dolaşanda mister Merdston yerindən qalxır, kitabı qapıb üzümə çırpır, ya da kitabla boynumun ardına vurur. Miss Merdston bu halıma sevinir. Bütün günü ucuz tutulur, gözdən düşürəm. Halbuki Merdstonlar olmasaydı, mən dərslərimi əla hazırlaya bilərdim. Onlar ilan quşcuğazı ovsunlayan kimi sanki məni ovsunlayırdılar.

MЙ™nЙ™ yaЕџД±dlarД±mla oynamaДџa icazЙ™ verilmirdi. ArtД±q yarД±m ildЙ™n sonra mЙ™n qГјssЙ™li, tutqun vЙ™ qaradinmЙ™z bir uЕџaq olmuЕџdum.

…Atamdan qalan kitablar yuxarı otaqda idi. Rodrik Rendom, Tom Cons, Don Kixot, Robinzon Kruzo – bunlar mənim dostlarım idi. Bir həftə Tom Cons, bir ay Redrik Rendom olurdum. Onlar gələcəkdə başqa bir həyatda mənim ümidlərim idilər.

Bir dəfə səhər kitablarım əlimdə otağa girəndə anamı narahat gördüm. Mister Merdston əlində oynatdığı elastik eşmə qamçının ucuna nəsə bağlayırdı. Mən içəri girəndə onu əlində oynadaraq havanı şaqqıltı ilə yardı.

– Sənə deyirəm, Klara, mənim özümü də az çırpmayıblar.

MЙ™n mister Merdstonun baxД±ЕџlarД±nД± tutdum:

– Devid, bu gün daha diqqətli olmalısan.

Yenə qamçını havada şaqqıldatdı. Dərsə pis başladım, get-gedə daha da dolaşdım. Halbuki diqqətlə hazırlaşmışdım, amma özümü itirdim. Gözaltı gördüm ki, o yerindən qalxdı, bacısına göz vurdu və qamçısını götürdü:

– Klara əlindən gələni etdi. Ondan artığını gözləmək də olmaz. Biz səninlə yuxarı qalxaq, Devid.

Məni otağa dartıb aparanda anam arxamızca yönəldi. Miss Merdston:

– Klara sən ağlını itirmisən! – deyərək onu tutub saxladı.

O məni öz otağıma yavaş addımlarla aparırdı. Əminəm ki, bu təntənəli məhkəmə marşı ona ləzzət verirdi. Biz oraya çatanda birdən yönəlib başımı qoltuğunun arasında sıxdı.

– Mister Merdston! Ser! – mən qışqırdım. – Lazım deyil! Lütfən, məni döyməyin! Mən çalışmışdım, ser! Lakin sizin yanınızda cavab verə bilmirəm! Bacarmıram!

– Bacarmırsan, Devid! Onda bu vasitəni sınaqdan çıxaraq.

Başımı qolu ilə sıxmışdı, mən isə iki əlimlə onu qucaqlayıb zərbələr endirməsinə mane olur, yalvarırdım ki, döyməsin. O, kürəyimə qamçıyla ağrılı bir zərbə endirdi. Elə həmin anda onun qolundan var gücümlə gəmirdim.

Məni elə döyürdü ki, sanki ölüncəyədək döymək istəyirdi. Bizim hay-harayda pillələrdə addım səsləri eşidildi. Qaçıb gələn Peqotti və anam idi. Anamın necə qışqırdığını eşitdim.

Merdston çıxdı və qapını açarla bağladı.

Mən döyülmüş halda döşəmədə sərilib qalmışdım.

Səs-səmir gəlmirdi. Çətinliklə döşəmədən qalxdım və güzgüdə üzümə baxdım. Sifətim qızarmış və şişmişdi. Bütün gövdəm ağrıyırdı. Məni yenidən ağlamaq tutdu.

…Qaranlıq düşürdü. Pəncərəni örtdüm. Birdən qapının açarı şıqqıldadı, miss Merdston göründü, çörək, süd və yemək gətirmişdi. Onları dinməzcə qoyub çıxdı və qapını arxadan bağladı. Daha heç kəs gəlmədi. Soyunub yerimə uzandım. Qorxu içində düşünürdüm ki, mənimlə nə edəcəklər? Məni həbs edərlərmi? Məni dar ağacından asılmaq gözləmir ki?

“Həbs”də olduğum beş gün ərzində hər gün yarım saatlığa bağda gəzişə bilərdim. Bu beş günün nə qədər uzun çəkdiyini təsvir edə bilmirəm.

Sonuncu gecЙ™ mЙ™ni kiminsЙ™ pД±Г§Д±ltД±sД± oyatdД±.

– Peqotti, sənsən?

Çox yavaşcadan yenə öz adımı eşitdim. Səs açar deşiyindən gəlirdi.

– Mənəm, əziz Devi, yavaş, siçan kimi səssiz ol, yoxsa pişik eşidər!

Onun qapД±nД±n o ГјzГјndЙ™ sЙ™ssizcЙ™ aДџladД±ДџД±nД± eЕџitdim.

– Mehriban Peqotti, mənimlə nə edəcəklər? Bilmirsənmi?

– Məktəb! London yaxınlığındadır. Orada oxuyacaqsan, – deyə Peqotti cavab verdi. – Devi, əzizim, məni unutma. Ananı tərk etmərəm, Devi. Sənə məktub yazacağam.

– Çox sağ ol, əziz Peqotti! Mister Peqottiyə, balaca Emmiyə, Hemə məktub yazarsan ki, mən heç də pis uşaq deyiləm. Onlara mənim salamımı yetir.

Zərif qəlbli Peqotti bunu edəcəyinə söz verdi.

Səhər miss Merdston gəlib dedi ki, səhər yeməyi yemək üçün tez qonaq otağına düşüm, məni məktəbə göndərirlər. Bu isə, əlbəttə, mənimçün yenilik deyildi.

Yəqin ki, Merdstonlar heç nəyə yaramayan bir uşaq olduğumu dəfələrlə anamın beyninə yeritmişdilər. Məhz bu səbəbdən də o, qonaq otağında səhər yeməyi zamanı mənim hərəkətimdən məyus olduğunu və düzələcəyimə ümid etdiyini bildirdi. Göz yaşlarım buterbrodun üstünə və fincandakı çayın içinə axırdı. Anam arabir miss Merdstonun sayıq nəzərlərindən yayınıb qəmgin halda mənə baxırdı.

Məni bağımızın qapısından yola salanda Peqotti və mister Merdston gözə dəymirdilər. Anam kövrəlmişdi:

– Görüşənədək, Devi. Sən gedirsən, lakin bu sənin xeyrinədir. Tətillərdə evə gələcəksən. Tanrı köməyin olsun, mənim balam!




V fЙ™sil

Məni uzağa göndərirlər


Heç yarım mil[1 - Mil – 1609 metrə bərabər uzunluq vahidi] getməmişdik ki, araba birdən dayandı. Ətrafa boylandıqda gördüm ki, sarmaşıqlı hasarların arasından Peqotti qaçaraq gəlir. Heç nə demədən məni qucaqlayıb öpdü. Cibindən piroqlarla dolu kağız topba çıxarıb cibimə təpişdirdi. Bir də pul kisəsini ovcuma basdı. Məni bir də öpdü və heç nə deməyib qaçıb getdi.

– Hə, tərpən görək! – arabaçı tənbəl atına sərtləndi.

Gözümün suyunu tamam axıdandan sonra sakitləşdim və pul kisəmə baxdım. Parıltı saçan üç şillinq[2 - Şillinq – funt-sterlinqin ½-nə bərabər ingilis pulu] qoyulmuşdu. Kağıza bükülü iki yarımkron[3 - Yarımkron – 2,5 şillinqə bərabər mis-nikel ingilis moneti] da vardı. Kağıza yazılmışdı: "Deviyə onu sevən anasından". Mən pencəyimin biləyi ilə gözümün suyunu sildim və daha ağlamadım.

Arabaçı məni Yarmutda poçt karetinə çatdıracaqdı. Onun adı mister Barkis idi. Piroqumun birini hörmət əlaməti olaraq ona təklif etdim.

Onu eynilə fil kimi içəri ötürdü və üzü fil sifəti kimi tərpənməz qaldı. Soruşdu:

– Bunu o bişirib?

– Peqottini deyirsiniz, ser?

– Hə, onu.

– O bizim üçün hər növ piroqlar bişirir.

– Yaxşı görək? Deyirsən, alma piroqları da bişirə bilir?

MЙ™n dedim, elЙ™dir ki var. Barkis fikrЙ™ getdi.

– Hə, gör nə deyirəm, yəqin, ona məktub yazarsan?

– Mütləq yazacağam.

– Yazarsanmı ki, mister Barkis ona biganə deyil, hə?

– Axı sabah Blanderstona dönürsünüz, bunu özünüz ona desəniz yaxşı olmazmı?

Mister Barkis buna razД± olmadД±, xahiЕџini tЙ™krar etdi. NЙ™sЙ™ dЙ™rin fikrЙ™ getmiЕџdi.

Mən yuxudan ayılanda araba Yarmuta çatmışdı. Parlaq poçt kareti həyətdə dayanmışdı. Mister Barkis mənim sandığımı yerə düşürdü. Ət parçası və kəsilmiş toyuq əti sallanan pəncərədən bir ledinin başı göründü və soruşdu:

– Blanderstondan olan yeniyetmə centlmen budur?

Xanım zınqırovu çaldı, nökər qaçıb gəldi. O, təkcə mənim üçün masa sifariş verildiyinə bərk heyrətlənmişdi.

Məni uzun bir otaqda masa arxasında əyləşdirdi və süfrə saldı. Yemək gəldi. Mən ikinci kotletə girişmişdim ki, gördüm çox diqqətlə mənə baxır.

– Sizə yarım pinta[4 - Pinta – 0,568 litrə bərabər ənənəvi ingilis həcm ölçüsü] pivə sifariş verilib. Onu içmək istəyirsiniz?

Mən təşəkkür etdim və “hə” dedim.

O, qrafindЙ™n iri bir stЙ™kana sГјzdГј vЙ™ Й™lindЙ™ yuxarД± tutub diqqЙ™tlЙ™ baxmaДџa baЕџladД±:

– Bir az çox deyil ki?

– Hə, bir az çoxdur…

– Dünən burada bir centlmen vardı. Bir stəkan bundan içdi və …yıxılıb öldü. Ona içmək olmazdı. Mən isə öyrəncəliyəm. Mənə heç nə olmaz. Amma bu sizin üçün sifariş verilib. Etiraz etmirsən, onu mən başıma çəkim?

Mat qalmışdım. Dedim, yaxşısı budur, mən su içim, siz isə bu pivəni içməklə mənə yaxşılıq etmiş olarsınız.

Pivə ona ziyan vermədi. Hətta bir az kefi kökəldi. Yaxın oturdu. Üstündən bir kotlet, sonra bir kartof, daha sonra bir kotlet və daha bir kartof götürüb uddu.

O gülürdü. Ürəklənib ondan kağız, qələm istədim və Peqottiyə məktub yazdım. O mənə poçt kağızının pullu olduğunu dedi, burada süfrələrin qır-qırıntısı ilə qarnını doyurduğunu, kömür kisələrinin üstündə yatdığını, ailəsində hamının xəstə olduğunu deyib ağlamağa başladı.

Üç şillinqimdən birini kağıza görə ona uzatdım. O, pulu farağat vəziyyəti alaraq ehtiramla götürdü.

Mən karetin damında arxa oturacağa əyləşəndə hamı mənə təəccüblə baxırdı. Qulluqçu arvadlardan biri başını pəncərədən çıxarıb konduktora dedi:

– Bu uşağa diqqət et, Corc. Birdən köpüb partlayar.

Nökər də hamı kimi mənə baxıb pıqqıldayırdı. Balaca boyum və bu qədər qarınqulu olmağım onları bərk heyrətə salmışdı. Mən isə oradan ac yola düşürdüm. Yolda karet nahar üçün dayananda utandığımdan heç nə yemədim.

GecЙ™ yol gedЙ™ndЙ™ mЙ™ni iki centlmenin arasД±nda oturtmuЕџdular ki, birdЙ™n yД±xД±laram. Onlardan gah biri, gah digЙ™ri mГјrgГјlЙ™yib mЙ™ni sД±xД±rdД±. Odur ki onlarД± tez-tez oyatmalД± olurdum.

Səhər açılanda uzaqdan London göründü. Oxuduğum kitablardakı gənc qəhrəmanlarımın başlarına bu şəhərdə nə qədər işlər gəlmişdi. Məni adı ya "Göy buğa", ya da "Göy qaban" olan bir mehmanxananın yanında düşürdülər. Konduktor qapıya baxıb səsləndi:

– Blanderstondan olan Merdston soyadlı uşağın dalınca kim gəlib?

SЙ™s Г§Д±xmadД±. Karet getdi. MЙ™n Robinzon Kruzo kimi tЙ™k qalmД±ЕџdД±m.

Növbətçi məni içəri çağırdı. Oturub gözləməyə başladım. Çaşıb-qalmışdım. Ağlıma min fikir gəlirdi. Bu vaxt bir cənab gəldi.

BaqajlarД± tЙ™rЙ™zidЙ™ Г§Й™kЙ™n adamla pД±Г§Д±ltД± ilЙ™ nЙ™sЙ™ danД±ЕџdД±. O, Г§ox pis geyinmiЕџdi.

– Sən yeni şagirdsən? – dönüb məndən soruşdu.

– Bəli, ser.

– Mən Səlem-Hausdan gəlmiş müəlliməm.

Mən təzim etdim və rahat nəfəs aldım. Müəllimin adı mister Mell idi. Dedi ki, biz poçt karetində daha altı mil getməliyik. Mən özümdə cəsarət tapıb dedim ki, dünəndən bəri heç nə yeməmişəm. Bir dükan göstərdi, mən üç pensə[5 - Pens – 1/12 şillinqə bərabər xırda ingilis moneti] bir bulka aldım.

…Səlem-Haus hündür kərpic hasarı olan tutqun bir bina idi. Qapını öküz boyunlu, enlikürək və taxtaayaq bir adam açdı.

– Yeni şagirddir, – müəllim dilləndi.

Taxtaayaq məni başdan-ayağa süzərək içəri buraxdı və qapını açarla bağladı.

Bina boş və adamsız idi. Pansion sahibi mister Krikl arvadı və qızı ilə tətildə idi. Mister Mell məni son dərəcə cansıxıcı bir sinif otağına gətirdi. Partanın üstündə karton plakat gördüm. Üstündə yazılmışdı: "Ehtiyatlı ol! Qapır!"

– Bağışlayın, ser, … bəs it hanı?

– İt? Nə it?

– Ehtiyatlı olmaq lazım gələn. Adamları qapan…

– Yox, Kopperfild, itdən söhbət getmir. Mən göstəriş almışam ki, bu plakatı kürəyindən asım. Təəssüf edirəm, səninlə ilk gündən belə rəftar olunmalıdır. Mən bu işi görməliyəm.

Sonrakı günlərdə bu plakat üzündən nə əzablar çəkdiyimi təsvir edə bilmirəm. Görməsinlər deyə mən arxam divara, yaxud iri ağaca sarı dayananda həmin taxtaayaq aralıdan var səsi ilə bağırırdı:

– Ey, sən, Kopperfild! Bu yarlığı elə gəzdir ki, hamı görsün!

Dərslər başlanana qədər mister Mell mənimlə məşğul olmalı idi. Lakin mən dərslərimin öhdəsindən gəlirdim. Çünki ikimiz idik. Nə mister Merdston vardı, nə də bacısı.









VI fЙ™sil

TanД±Еџlar dairЙ™sini geniЕџlЙ™dirЙ™m


Mister Krikl qayД±dan axЕџam mЙ™ni onun yanД±na apardД±lar. Kresloda vГјqarla Й™ylЙ™ЕџmiЕџdi. Masada ЕџГјЕџЙ™ vЙ™ yanД±nda qЙ™dЙ™h vardД±.

– Aha! Bu, dişlərini mişarlamaq lazım gələn gəncdir? Bir onu döndər görüm!

Taxtaayaq məni döndərib kürəyimdəki plakatı göstərdi. Sonra yenə üzümü ona sarı çevirdi. Səsi alçaqdan gəlir, sanki fısıldayırdı. Danışanda onun qəzəbli sifəti boğuq rəng alırdı. Soruşdu:

– Bu uşaq barədə nə deyə bilərsən?

– Hələlik heç nə deyə bilmərik, elə bir hal olmayıb, – taxtaayaq cavab verdi.

DeyЙ™sЙ™n, mister Kriklin bu cavabdan qanД± qaraldД±.

– Bir yaxın gəl, ser! – məni barmağı ilə yaxına çağırdı.

– Bura yaxınlaş! – taxtaayaq təkrarladı.

– Sənin atalığınla tanışam. Ləyaqətli və möhkəm xarakterli adamdır, – mister Krikl qulağımdan yapışaraq fısıldadı. – O məni tanıyır, mən də onu. Bəs sən məni tanıyırsan?

ЖЏllЙ™rini amansД±z ЕџЙ™kildЙ™ oynadaraq qulaДџД±mД± bururdu.

– Hələ yox, ser! – mən ağrıdan qıvrılaraq cavab verdim.

– Hələ yox? Hə? Çox tezliklə tanıyarsan!

MЙ™n Г§ox qorxdum vЙ™ dedim ki, buna Гјmidvaram.

– Mən sənə deyərəm, mən kiməm! – qulağımı buraxıb fısıldadı. – Mən vəhşiyəm!

– Vəhşidir! – taxtaayaq təkrarladı.

– Mən qətiyyətli adamam! Nə dedim, o da olmalıdır! Apar onu!

Lakin mЙ™nim Г§ox mГјhГјm bir ricam vardД±. CЙ™sarЙ™tЙ™ gЙ™lib:

– Ser, əgər izin versəydiniz… Əgər mümkünsə, şagirdlər gəlməmiş bu yazını kürəyimdən götürün…

– Nə?! – mister Krikl kreslodan elə qalxdı ki, götürülməyə üstünlük verdim. Yatdığım otağa qədər qaçdım. İki saat titrətməm getmədi.

…Tətildən sonra məktəbə şagirdlərdən birinci Tommi Tredls gəlmişdi. Mənim plakatım onun xoşuna gəldi:

– Bir bax a! Yamanca gülməlidir!

Lakin ЕџagirdlЙ™rin Г§oxu mЙ™nim plakatД±ma gГјlmЙ™di. BЙ™zi ЕџagirdlЙ™r Й™trafД±mda rЙ™qs edib mЙ™ni cД±rnatmaДџa Г§alД±ЕџД±rdД±: "QД±s! QД±s!" DigЙ™rlЙ™ri adД±mД± "QapД± iti" qoymuЕџdu. Az qalД±rdД± aДџlayam.

Məktəbin ən nüfuzlu şagirdi olan Ceyms Stirfort gələndə mən formal olaraq bu mühitə qəbul edildim. Onun dərin bilikli şagird olduğu deyilirdi. Məndən altı yaş böyük idi. Məni onun yanına dustağı hakim yanına aparırmış kimi aparırdılar. Plakatıma baxıb bu cəzanın səbəbi ilə maraqlandı və təəssüf etdi. Onunla yanaşı gedəndə soruşdu:

– Nə qədər pulun var, Kopperfild?

– Yeddi şillinq.

– Yaxşısı budur, ver mən saxlayım. İstəmirsən, vermə.

MЙ™n bu dostcasД±na tЙ™klifi qЙ™bul etmЙ™yЙ™ tЙ™lЙ™sdim vЙ™ pullarД± onun ovcuna boЕџaltdД±m.

– Bunları xərcləmək istəmirsən?

– Yox, ser.

– İstəsən, bu, çox asandır. Bircə kəlmə de…

Mən razılıq verdikdən sonra axşam bu yeddi şillinqə xeyli şey alıb gətirmişdi. Əsl kral ziyafəti düzəltdik. Təklif etdim ki, qonaqlığa Stirfort başçılıq etsin. Biz pəncərədən düşən ay işığında çarpayılarımızda və döşə- mədə oturub pıçıltı ilə danışır, qarağat şirəsi içir, şirniy- yat yeyirdik.

Uşaqlardan pansion və onun sakinləri haqqında çox şey öyrəndim…

Mister Krikl, doğrudan da, vəhşidir. Hər gün əlində qamçı süvari döyüşçü kimi sağını-solunu çırpır, qarşısına çıxanı ağına-bozuna baxmadan döyür. Bu işdən başqa, əlindən heç nə gəlmir. Əvvəllər alverçi imiş, işi alt-üst olandan sonra bu məktəbi açıb. Taxtaayaq Tangey alverdə ona kömək edirmiş. Onun yanında xidmət edəndə ayağını sındırıb. Öyrəndim ki, mister Kriklin bir oğlu var. Atasına şagirdləri və evdə anasını döydüyünə görə etiraz edirmiş. Bunun üstündə evdən qovulub…




VII fЙ™sil

SЙ™lem-Hausda ilk "yarД±mil"


Ertəsi gün mister Krikl qapıda görünəndə sinfə dərin sükut çökdü. O, nağıllardakı nəhənglər kimi dayanmışdı. Tangey yanında idi. Mister Krikl dedi:

– Hə, uşaqlar, yeni yarımil başlanır. Heç kəsin başı sığallanmayacaq. Kürəyinizi qaşımağa ehtiyac yoxdur, onsuz da şallağımın yerini silə bilməzsiniz. İndisə, haydı!

Bu qorxulu çıxışı bitirib mənə yaxınlaşdı. Qamçını göstərdi və havada silkələyərək dedi ki, bu barədə nə düşünürəm? Suallarını davam etdirərək qamçını təpəmə-gözümə çırpırdı. Mən hər dəfə ağrıdan qıvrılırdım.

Təkcə mən döyülmədim. Sinifdə gəzişərək şagirdlərin çoxunu qamçı ilə döydü. Uşaqlar yerlərində qıvrılır, gözlərindən yaş axırdı.

Yazıq Tredls! Ən xoşxasiyyət və ən bədbəxt şagird idi. Onu yarım il ərzində hər gün qamçıladı. Onun bir adəti vardı: gözündə yaş olsa da, lövhədə həmişə skelet rəsmi çəkərdi. Anlaya bilmirdim ki, bu skelet çəkməkdə nə görüb?

Çox nəcib uşaq idi Tredls. Deyirdi ki, gərək şagirdlər bir-birinə qahmar çıxsın. Bunun üstündə nə qədər döyülmüşdü…

Stirfort çox faydalı dost çıxdı. Bircə məni mister Krikldən müdafiə edə bilmirdi. Bunu bacarmazdı da. Bir dəfə söhbət edəndə bildi ki, mən evdə çoxlu kitab oxumuşam. Soruşdu:

– Onlar yadında qalıb?

– Əlbəttə, yaddaşım əladır.

– Belədirsə, onları mənə nağıl edəcəksən.

Bundan sonra gecЙ™lЙ™r Ceyms Stirfortun Г§arpayД±sД±nД±n yanД±nda Й™ylЙ™Еџib bir vaxt oxumuЕџ olduДџum kitablarД± ona naДџД±l edirdim. DЙ™rslЙ™r baЕџlanandan bir hЙ™ftЙ™ sonra PeqottidЙ™n sovqat gЙ™ldi. UЕџaqlara yeni bir qonaqlД±q verdim.

Müəllim mister Mell mənə çox kömək edirdi. Onu minnətdarlıqla xatırlayıram.

Həmin yarımildə daha bir hadisə baş verdi və onu indi də unuda bilmirəm. Tangey elan etdi ki, mister Kopperfildi görməyə gəliblər. Mister Peqotti və Hem məni görmək üçün məktəbə gəlmişdilər. Onları görəndə məni nə üçün ağlamaq tutduğunu bilmirəm.

– Gülərüz, şən Devi! Əməlli-başlı böyümüsən!

– Böyümüşəm?

– Özü də necə! – Hem mənə ürək-dirək verirdi.

Biz söhbət edəndə qəfildən Stirfort göründü. Mən onu qonaqlarımla tanış etdim.

Günlər keçir, uzaqlarda görünən tətil yavaş-yavaş yaxınlaşırdı. Budur, son məşğələ! Budur, poçt kareti ilə evə gedirəm.




VIII fЙ™sil

Ən gözəl bir günüm


Həmin mehmanxana idi. Məni aldatmış nökər isti çay gətirdi. Yuxudan qalxıb həyətə düşəndə mister Barkis məni elə qarşıladı ki, sanki beş dəqiqə əvvəl ayrılmışdıq. Mən arabaya minən kimi onun tənbəl atı yerin- dən tərpəndi.

– Gözəl gündür, hə, mister Barkis? Mən tapşırığını yerinə yetirdim. Peqottiyə məktub yazıb sənin sözünü çatdırdım.

– Hə? – qaşqabağını tökdü. – Bir nəticəsi olmadı. Bəlkə, ona deyəsən, mister Barkis cavab gözləyir, hə? Onun adı nəydi?

– Peqotti.

– Bu onun adıdır, yoxsa soyadı?

– Soyadıdır. Adı Klaradır.

Mister Barkis nə düşündüsə, cibindən tabaşir çıxardı və arabanın iç tərəfindən divara "Klara Peqotti" yazdı.

Doğma evə qayıtmaq nə qəribə duyğu imiş. Mister və miss Merdstonun sifəti görünmürdü. Qapını döymədən içəri girdim. Qulağıma alçaqdan layla səsi gəlirdi. Anam buxarının önündə oturub çağa əmizdirirdi. Məni görüb "Əzizim Devi! Mənim balam!" dedi. Üzümdən öpdü. Mənim başımı körpənin yanına qoyub özünə sıxdı.

– Bu sənin qardaşındır! – dedi. – Devi, mənim balam! – anam mənə nəvaziş göstərir, öpür, qucaqlayırdı. Bu əsnada Peqotti qaçaraq içəri girdi.

…Anam Peqottini məcbur etdi ki, bizimlə birlikdə nahar eləsin. Nahar vaxtı mən fürsətdən istifadə edib mister Barkisin sözlərini Peqottiyə çatdırdım. O, qəhqəhə çəkib gülürdü. Anam dedi:

– Niyə gülürsən, ağılsız qız? O sənə bab adamdır.

– Məni bağışlayın. Mən heç kəsə getmərəm…

– Deməli, indilərdə ərə getmək istəmirsən? Onda, əziz Peqotti, hələlik məni tərk etmə. Sənsiz mən nə edərəm? – anam nəyə görəsə düşüncəli halda belə dedi.

Çay içəndən sonra mən Səlem-Hausdan, dərslərimdən danışırdım. Bu, gözəl bir axşam idi. Həmin gün yaddaşıma həkk olunub qaldı.

Səhər yeməyinə düşəndə mister Merdston arxası buxarıya dayanmışdı. Mənə diqqətlə baxdı, bir söz demədi.

– Aman Tanrım! – miss Merdston dərindən nəfəs aldı və soruşdu: – Tətil çoxmu çəkər?

– Bir ay, xanım.

…Miss Merdston təqvimə oxşar bir şey düzəltmişdi və oradan hər səhər bir günün üstündən xətt çəkirdi.

Elə birinci gün mən onu təsvirəgəlməz bir dəhşətə gətirdim. Körpə uşaq anamın dizi üstündə idi. Onu çox ehtiyatla qucağıma aldım. Miss Merdston elə baxdı ki, az qaldı körpəni əlimdən salım.




Конец ознакомительного фрагмента.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/charlz-dikkens/devid-koperfild-68289760/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


Mil – 1609 metrə bərabər uzunluq vahidi




2


Şillinq – funt-sterlinqin ½-nə bərabər ingilis pulu




3


Yarımkron – 2,5 şillinqə bərabər mis-nikel ingilis moneti




4


Pinta – 0,568 litrə bərabər ənənəvi ingilis həcm ölçüsü




5


Pens – 1/12 şillinqə bərabər xırda ingilis moneti



Если текст книги отсутствует, перейдите по ссылке

Возможные причины отсутствия книги:
1. Книга снята с продаж по просьбе правообладателя
2. Книга ещё не поступила в продажу и пока недоступна для чтения

Навигация